Hər saniyədə 2 nəfər 60 yaşına çatır

1 Oktyabr 2012 16:55 (UTC+04:00)
Movqe.az xəbər verir ki, inkişaf etmiş ölkələrin ən böyük problemlərindən biri halına gələn yaşlı əhali sayının 2050-ci ildə 2 milyarda çatması gözlənilir. "Ümumdünya Yaşlılar Günü" münasibətilə Birləşmiş Millətlər Təşkilatı "21-ci əsrdə Yaşlanmaq "adlı yeni hesabat nümayiş edib. Hesabatda deyilir ki, dünyadakı yaşlı əhali sayı getdikcə artmaqdadır. 1950-ci ildə yaşı 60-ı ötən 205 milyon nəfər var idisə, bu rəqəm 2012-ci ildə 2 milyara çatıb. Hər saniyədə 2 nəfər 60 yaşına keçir. Birlemiş Millətlər Təşkilatının məlumatlarına görə 2050-ci ildə yaşı 100-ü keçmiş kəslərin sayının da 3,2 milyona çatması gözlənilir. BMT-nin baş katibi Ban Ki-Mun, "Yaşlanan əhali sayı getdikcə çoxalmaqdadır. Yaşlı insanların sayı normal əhaliyə görə daha sürətlə artır" deyə söyləyib. BMT-nin araşdırmasına görə hər il 58 milyon nəfər 60 yaşına çatır. Birləşmiş Millətlər Təşkilatı, "15 ölkədə 10 milyondan çox yaşlı əhali var. Bu ölkələrin 7-i inkişaf etməkdə olan ölkələrdir" deyib.