"First Lady" növbədə dayanıb

1 Oktyabr 2012 17:31 (UTC+04:00)
Movqe.az xəbər verir ki, İtaliya prezidenti Giorgio Napolitanonun həyat yoldaşı Klio Hollandiyalı rəssam Cohannes Veemerin  Prezident sarayına aid  əlavə binada açılan sərgisində iştirak etmək üçün turistlərlə birlikdə növbədə dayanıb və içəri bilet pulu ödəyərək daxil olub. İtaliya mediası "First lady" üçün "ev sahibliyi etdiyi Veemer sərgisinə təvazükar bir şəkildə  mühafizəçisiz və biletlə daxil oldu" şərhini edib. Hollandiyalı rəssamın "İnci sırqalı qız" portretindən savayı  bir çox əsərləri sərgilənib.