Suriyada qarşıdurmalar davam edir
1 Oktyabr 2012 18:02 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Suriya
Prezidenti Bəşər Əsədin böyüdüyü Kardaha kəndində rejim əleyhinə
nümayişlər təşkil etdiyi iddia edilib. 1970-ci ildə hərbi
çevrilişlə iqtidarı ələ alan Hafiz Əsədin doğulduğu Kardaha
kəndindəki nümayişlərə Şebbiha qoşunlarının müdaxilə etdiyi
bildirilib. Suriyalı yazıçı Samar Yazbek ictimai media vasitəsilə
Yazbek ailəsindən 5 nəfərin Əsəd qüvvələri tərəfindən öldürülməsi
səbəbindən Kardahada rejimi protesto edən nümayişlərin təşkil
edildiyini irəli sürüb. Kardahada həmçinin Osman, Abbud ,
Hayyir və Əsəd tayfası arasında qarşıdurmaların davam etdiyi
deyilib. Xatırladaq ki, qadın hüquqları aktivisti Yazbek ötən il
müxaliflərə dəstək verdiyi üçün nəzarətə alınmış, bir müddət sonra
ölkə xaricinə çıxmaq məcburiyyətində qalmışdı.