İnternet şifrəsi seçərkən diqqətli olun

1 Oktyabr 2012 19:16 (UTC+04:00)
Movqe.az xəbər verir ki, asanlıqla əldə edilə biləcək bir şifrə, şəxsi fotoşəkillərdən başlayaraq kredit kartı məlumatlarına qədər hər cür fərdi məlumatın təhlükə altında olması deməkdir. Bu isə istehlakçıların mobil və onlayn şifrələrilə virtual oğruların işlərini asanlaşdırır. İnternet istifadəçilərinin 34 faizi məlumatlarını qorumaq üçün köhnə və asanca əldə edilə biləcək şifrələri seçir,  12 faizi isə şifrələri unutmamaq üçün bir kağıza yazıb kompüterin yanına qoyur. Nümayiş olunan şifrələrin 10 faizi "1234 "dir. İstifadəçilərin 71 faizi şifrəsini əzbərləmək yolunu seçir; əslinə qalsa bu pis bir üsul deyil. Lakin bu üsul istifadəçilərin asan şifrələr seçmələrinəvə ya birdən çox hesab üçün eyni şifrəni istifadə etmələrinə gətirib çıxarır. İstifadəçilərin 46 faizi isə həyati əhəmiyyət daşıyan şifrələrini ən az bir dəfə unutduqlarını etiraf edir.