Dərs planlarını sataraq milyonçu oldu

2 Oktyabr 2012 12:32 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, ABŞ-da yaşayan orta məktəb müəllimi Deanna Jump fakturalarını çətin ödədiyi bir dövrdə həyatını dəyişdirəcək bir addım atıb. Dərs planlarını internet vasitəsi ilə satışa çıxaran müəllim bu günə qədər 1 milyon dollar pul qazanıb.
ABŞ-ın Corciya əyalətində yaşayan Deanna Jump təcrübəli bir orta məktəb müəllimidir. Jumpun maddi çətinlik çəkdiyi bir dövrdə atdığı addım həyatı dəyişdirib.
43 yaşlı müəllim dərs qeydlərini və böyük çətinliklə hazırladığı dərs planlarını bir internet saytı vasitəsi ilə satmağa başlayıb.
Özü kimi müəllim olan həyat yoldaşının da dəstəyiylə 17 illik məlumat təcrübəsini internetdə paylaşan Jump satışların artmasıyla qısa müddətdə maddi vəziyyətini düzəldib.
3 uşaq sahibi olan müəllim "Businessweek" jurnalına verdiyi açıqlamasında bu qədər pul qazana biləcəyinin ağılının ucundan belə keçmədiyini söyləyib.
Jump belə deyib: "Şagirdlərinizə dinozavrlarla əlaqədar bir dərs vermək istəyirsinizsə, mənim hazırladığım paketi satın aldığınızda dinozavrlarla əlaqədar edə biləcəyiniz hər cür məlumtlara əliniz çatır. Ayrıca o dərs üçün istifadə edə biləcəyiniz qaynaq kitabların siyahısı da satın aldığınız paket içində mövcuddur."
Jumpun üzv olduğu sayt "Paul Edelman" adında Nyu Yorklu başqa bir müəllim tərəfindən 2006-cı ildə qurulub.
Saytda qeydiyyatda olan 15 min müəllim və hamısı buradan satışa çıxardıqları qeydlərlə ailə büdcələrinə müəyyən pul əlavə edirlər.