Balıqların yanında yatacaqsınız - FOTOLAR
2 Oktyabr 2012 14:05 (UTC+04:00)
Movqe,Az xəbər verir ki, Alman memarı
Joaçim Hauser, Çinin cənubundakı körfəzdə sualtı oteli tikmək üçün
işə başalyıb. 3 ilə tamamlamağı planladırılan otel üçün Hauser,
"Səyahət gəmisi, dənizaltı və feribotun qarışığı olacaq" deyib. 135
metr uzunluğunda və 70 metr enində olması planlaşdırılan otelin
üçdə ikisi dənizin altında qalacaq.
200 adam tutumu olacaq otelin müştəriləri, dənizin 15 metr altında
yaşaya biləcək. Baş verə biləcək tayfunlarda isə hotel
boşaldılacaq. 180 milyon dollara (142 milyon manat) başa gələcəyi
gözlənilən oteldə normal otaq qiymətləri 850 dollar (655 AZN), VİP
nömrələr isə 15 min dollar (11800 AZN) olacaq.