Seçkilərin ilkin nəticələri elan edildi

2 Oktyabr 2012 12:54 (UTC+04:00)

Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 1-də ölkə parlamentinə keçirilmiş seçkilərin ilkin nəticələrini elan edib.

MSK-nın məlumatına görə, 522 seçki məntəqəsində (ümumi məntəqələrin 14 faizi) səslər hesablanmışdır. Bu göstəricilərə əsasən, "Bidzina İvanişvili – Gürcü arzusu" siyasi bloku seçicilərin 55,2 faizinin, hakim "Vahid Milli Hərəkat" partiyası isə 41,1 faizinin səsini qazanıb.