Qadın fotoşəkillərinə senzura şoku!
2 Oktyabr 2012 19:40 (UTC+04:00)
Movqe.Az bildirir ki, Dünyada tanınan
məşhur mebel firmasının Səudiyyə Ərəbistanda payladığı
kataloqlardan qadınların şəkillərini silməsi böyük reaksiyaya səbəb
olub. İsveçin mebel və dekorasiya şirkəti "IKEA", Səudiyyə
Ərəbistanda payladığı kataloqlarından qadın fotoşəkillərini silib.
Firma, bundan əvvəl 38 ölkədə payladığı təxminən 200 milyon
kataloqda yerli moda və fikirlərə görə kiçik dəyişikliklər
edildiyini açıqlayıb. Ancaq bu il kataloqlara mədəni standartların
da təsir etdiyi aydın olub. Kataloqlardakı fərqi görən digər
ölkələr bu məsələyə reaksiya verib və firma üzr istəmək
məcburiyyətində qalıb. Açıqlamada "Şirkət qrupunun dəyərləri ilə
uyğunlaşmayan şəkildə Səudiyyə Ərəbistan versiyasında kataloqlardan
qadınların yox edilməsinə icazə verməməliydik" deyilib.