Xəbər verdiyimiz kimi, müğənni Demet Akalına reklam filmlərinə
çəkilmək üçün təkliflər gəlir. Bir neçə dəqiqə əvvəl Türkiyədə
jurnalistlərə açıqlama verən D.Akalın, 250 min Türkiyə lirəsi
qarşılığında çimərlik geyimi firmasının 2012-ci ilin yaz
kolleksiyasını tanıtdığını deyib. Firmanın menecerləri,
D.Akalını1.5 milyondan çox insanların təqib etdiyini nəzərə alıb,
məhz bu reklam çarxında çəkilməsi üçün müğənniyə təklif etdiklərini
söyləyiblər.
Reklam üçün çəkilişlərin 8 saat davam etdiyini deyən D.Akalın,
jurnalistlərə də təşəkkür edib: "Bütün mətbuat yazıb. Sağ
olsunlar!", müğənni söyləyib.
Qeyd edək ki, Türkiyə mətbuatı D.Akalının bu günlərdə reklam
filmləri ilə bağlı sözlərini yayımlayıb: "Mənə uyğun olan, onları
özümlə apara biləcəyim çox əhəmiyyətlidir. Güvənmədiyim firmalarla
əməkdaşlıq etmirəm. Keçən illər bir təklif gəlmişdi.Amma uyğun
görmədim. Bu dəfəki müqavilələr uyğun idi. Layihələrimin davamı
gələcək", D.Akalın deyib.
Fuad Mədətov