"Salmonella" epidemiyası yayılıb
2 Oktyabr 2012 21:00 (UTC+04:00)
Movqe.az xəbər verir
ki, Hollandiyalı ictimai səhiyyə rəsmiləri, salmonella
bakteriyası daşıyan hisə verilmiş somon balığı ilə qidalanan
yüzlərlə ABŞ və Hollandiya vətəndaşının xəstələndiyini
açıqlayıb.Milli Ekologiya və Cəmiyyət Sağlamlığı İnstitutu,
salmonella bakteriyası daşıyan balığın Hollandiyalı bir şirkət
tərəfindən ölkədə və dünyanın çox saylı supermarketlərində
satıldığını bildirib.İnstitutun açıqlamasında epidemiyaya
Hollandiyada 200-dən çox, ABŞ-da isə 100-dən çox insanın yoluxduğu
deyilib. Salmonella bakteriyası insanlarda qusma, ishal və yüksək
hərarət kimi şikayətlərə səbəb ola bilir.