Azərbaycan çempionu bizi əziyyətə saldı

23 Noyabr 2011 20:42 (UTC+04:00)

"Hamı bizdən asan qələbə gözləyirdi. Lakin unutmayın ki, rəqiblərimiz öz ölkələrinin çempionlarıdır". Apasport.az saytının məlumatına görə, bu sözləri İspaniyanın "Barselona" klubunun kapitanı Xavi Rodriges deyib. Futzal üzrə UEFA kubokunun elit mərhələsinin III turunun Azərbaycan çempionu "Araz"la oyunu haqda fikirlərini açıqlayan kataloniyalı qarşılaşmanın çətinliyindən danışıb: "Araz"la oyunda biz çox əziyyət çəkdik. Lakin biz öz işimizi çox yaxşı bilirik. Bunun sayəsində istəyimizə çatdıq. Ancaq bununla kifayətlənəsi deyilik. Daha artığına nail olmaq istəyirik".

Qeyd edək ki, "Barselona" - "Araz" oyunu 2:2 hesabı ilə başa çatıb.