Azərbaycanın xarici işlər naziri Finlandiya səfirini qəbul edib
3 Oktyabr 2012 11:11 (UTC+04:00)
Azərbaycanın xarici işlər naziri
Elmar Məmmədyarov Finlandiyanın Azərbaycandakı səfiri Petri Salonu
diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazir
Finlandiya səfirinin ölkəmizdə fəaliyyətini yüksək qiymətləndirib,
onun fəaliyyətinin iki ölkə arasındakı münasibətlərin inkişafına və
genişlənməsinə töhfə verdiyini deyib. Görüşdə həmçinin Azərbaycanla
Finlandiya arasında ikitərəfli əlaqələrin mövcud vəziyyəti
məmnunluqla qeyd olunub və əməkdaşlığın genişlənməsi üçün
potensialın olduğu vurğulanıb.
Nazir E.Məmmədyarov Finlandiya səfirinə gələcək fəaliyyətində
uğurlar arzulayıb. Səfir Petri Salo ölkəmizdən xoş təəssüratlarla
ayrıldığını qeyd edib və ölkəsinin Azərbaycanla əməkdaşlığın
genişləndirməkdə maraqlı olduğunu vurğulayıb.