ABŞ-ın ən çox qazanan sənətçisi

3 Oktyabr 2012 15:18 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Riki Martin "Evita" musiqili teatrında Çe roluyla hazırda Brodveydə ən tanınmış ulduz, ABŞ-da isə ən çox qazanan sənətçi olmağın sevincini yaşayır. Həftədə yeddi dəfə səhnəyə çıxan Riki Martin köhnə Argentina prezidenti Juan Peronun yoldaşı Eva Peronu əks etdirən teatrda Çe roluyla həftədə 100 min dollar qazanaraq ABŞ-ın ən çox qazanan Brodvey ulduzu ünvanına layiq görülüb. Martinin pərəstişkarları hər nümayişin sonunda "Manhattan 45" küçəsində yerləşən "Marquis" teatrının qapısında sanki ona illər əvvəl "Grammy" qazandıran "livin 'la vida loja" (çılğın həyat yaşamaq) mahnısını xatırlatmaq istəyirmiş kimi saatlarla onu gözləyir. Bu səbəblə Martinin şoudan ayrılacağı saatlarda ətrafda çox böyük izdiham yaranır. Lakin Riki Martinin ona   Brodveydə ən çox qazanan ulduz ünvanını gətirən rolu 2012 sonunda bitəcək. Martinin teatrdan ayrılması vəziyyətində Mark Antoninin bu rolu Enrique Iglesias və Antonio Banderasa təklif edəcəyi deyilir.