Mənzərə seyr edərkən uçuruma düşdü

3 Oktyabr 2012 15:00 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Antaliyada yoldaşları ilə birlikdə qayalıqlarda şəhər mənzərəsini seyr edən 28 yaşlı Dilek Kaya təxminən 12 metr yüksəklikdən yıxılıb. Dilek Kaya bir anda tarazlığını itirərək uçuruma düşdüyünü bildirib.  O, 12 metr aşağıda qayalıqlara yapışaraq dayana bilib.

Yoldaşlarının çağırdığı xilasetmə qrupları tez bir zamanda Dileyin yanına enib.

Bir saata davam edən xilasetmə əməliyyatları nəticəsində qız ucurumdan çıxarıla bilib. Təcili yardım göstərilən Dileyin qıçında və qolunda qırıqlar olduğu bildirilib.

Dileyin dostları ifadə vermək üçün polis mərkəzinə aparılıb.