Çin "qatarla səfər" etməkdə rekord qırdı

3 Oktyabr 2012 16:53 (UTC+04:00)
Movqe.Az bildirir ki, Çində 8 günlük tətil gəzməyi sevənlərin xeyrinə olub. Tətilin ilk günü 9,14 milyon adam qatarla səyahət edərək rekorda imza atıb. Çində ''Son Bahar Bayramı'' və ''Guoçing''un (Çin Milli Günü) birləşməsi ilə 8 günlük tətil müəyyən edilib. Tətilin başladığı bazar günü 9,14 milyon adam səyahət üçün qatardan istifadə edib.

Çinin Dəmiryolu Nazirliyindən verilən məlumatına görə, gündəlik sərnişin sayının 9,14 milyon olması ilə Çin rekord rəqəmə çatıb. Keçən il tətilin ilk günündə 8,2 milyon adamın qatar ilə səfər etdiyi vurğulanıb. Tətilin ilk günü Dəmiryolu Nazirliyi, ölkə daxilində 343 sərnişin qatarının işlədiyini bildirərkən, həmin gün səfər edən qatarların sayı 4 min 717-yə çatıb.

Çində olduqca inkişaf etmiş qatarlar və məşhur dəmiryolu şəbəkələri var. Qatarlar xalq üçün şəhər xarici səyahətlərində ən təsirli nəqliyyat vasitəsidir.