"iPhone 5" bu sınaqdan da üzü ağ çıxıb

3 Oktyabr 2012 18:22 (UTC+04:00)
Movqe.az xəbər verir ki, satışa çıxar çıxmaz üzərində hər cür çılğın möhkəmlik testinin edildiyi son "Apple" məhsulu "iPhone 5" testi müvəffəqiyyətlə keçir. Bu dəfə" iPhone 5"in bir tüfənglə hədəf alındığını əks etdirən görüntü RatedRR adlı istifadəçi tərəfindən yüklənib. iPhone örtüyünü vurmaq üçün iti atıcı tüfəngi istifadə edən Youtube istifadəçisi Richard Ryan, 665 dollar dəyərindəki güllə keçirməz zirehli iPhone panelinə atəş edir. Ryanın atəş etməsiylə panel metrlərlə uzağa uçur, lakin tək parça halında qalmağı bacarıb.


 .