Azərbaycanda məşhur otellərdən birində 21 yaşlı qız özünü 20-ci mərtəbədən atıb
4 Oktyabr 2012 12:38 (UTC+04:00)
Bakıda dəhşətli
intihar hadisəsi baş verib.
Bu barədə APA-ya Səbail rayon
Prokurorluğundan bildirilib.
Hadisə ötən gecə paytaxtın Fikrət Əmirov küçəsi, 4 ünvanında
yerləşən "Landmark" otelində qeydə alınıb. Müştərilərdən biri
otelin 20-ci mərtəbəsində yerləşən restoranda özünü pəncərədən yerə
atıb. O, yerindəcə keçinib.
Araşdırmalar zamanı özünə qəsd edən şəxsin 21 yaşlı Vəfa Mobil qızı
Əliyeva olduğu müəyyənləşib. İntiharın səbəbləri məlum
deyil.
Faktla bağlı cinayət işi başlanıb, istintaq
aparılır.