AMEA Azərbaycan dilinin inkişafına dair Dövlət Proqramı layihəsini Nazirlər Kabinetinə təqdim edib

4 Oktyabr 2012 18:28 (UTC+04:00)
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı" layihəsini Nazirlər Kabinetinə təqdim edib.

APA-nın xəbərinə görə, bunu AMEA-nın müxbir üzvü, humanitar bölmənin katibi Kamal Abdulla deyib. 

K. Abdulla bildirib ki, Dövlət Proqramı layihəsi ilə bağlı AMEA-nın müxtəlif qurumları, Milli Məclis üzvləri, dövlət qurumlarının təmsilçiləri, hətta mənzil-istismar sahələrinin nümayəndələri ilə belə, görüşlər keçirilib, müzakirələr aparılıb: "Biz bu layihəni hazırlayarkən təsərrüfat subyektlərini və infrastrukturu nəzərə almağa çalışdıq. Mənə elə gəlir ki, normal bir layihə ortaya çıxdı. Hazırda layihəyə Nazirlər Kabinetində baxılır.