Tanınmış aktrisa Tom Kruzla bağlı etiraf etdi
4 Oktyabr 2012 15:56 (UTC+04:00)
Movqe.Az bildirir ki, Hollivudun təcrübəli
aktrisası Nikol Kidman məşhur bir jurnalın son sayına verdiyi
müsahibəsində 1990-ci ildə evlənərək 11 il evli qaldığı keçmiş
həyat yoldaşı aktyor Tom Kruzla ayrıldığı dövrdə depressiyaya
girdiyini söyləyib. 23 yaşında Kruzla ailə həyatı quran Oskarlı
aktrisa "Who" jurnalına verdiyi müsahibəsində bu sözləri deyib:
"Evləndiyimiz vaxt çox gənc idik və hər şey çox sürətlə inkişaf
etdi. Amma evləndiyim üçün peşman deyiləm. Çünki möhtəşəm bir
evlilik dövrü keçirtdim və bu evlilikdən də iki də uşağım
dünyaya gəldi. Tomla münasibətimiz korlananda depressiyaya girdim
və özümə gəlmək üçün əlimdən gələni etdim. Amma yenə də peşman
deyiləm."
Xatırladaq ki, Kidman 2006-ci ildə "Grammy" mükafatlı müğənni
Keit Urban ilə ailə həyatı qurub. Cütlüyün iki qızı var.