D vitamini soyuqdəymənin qarşısını almır

4 Oktyabr 2012 16:26 (UTC+04:00)

Movqe.az xəbər verir ki, elm adamlarının etdikləri son araşdırma, D vitamininin soyuqdəymənin qarşısını almadığını aşkarlayıb. Yeni Zellandiyalı alimlər 332 nəfər üzərində həyata keçirdikləri testlərdən sonra bu qənaətə gəliblər. Amerika Səhiyyə Təşkilatının yayımladığı tibb jurnalında açıqlanan nəticələr tibb dünyasında böyük əks-səda yaradıb.Lakin mütəxəssislər bu nəticələrə baxmayaraq D Vitamininin immunitet sistemi üçün son dərəcə əhəmiyyətli olduğuna dair əldə kifayət qədər məlumat olduğunu da inkar etmir.İngiltərə Kardif Universitetində soyuqdəymə barədə araşdırmalar edən mərkəzdən Prof. Dr. Ronald Ekles, bədəndə D Vitamininin çatışmayacağı təqdirdə qış aylarında tamamlayıcı müalicələrə ehtiyac olacağını söyləyib. İnsanlar D Vitaminini günəş işığına məruz qalaraq sintez edir, bu vitamin həmçinin balıq yağı və yumurtada da var.