«Azərbaycan Hava Yolları» Avropaya aviabiletlər üçün endirim aksiyası keçirir

5 Oktyabr 2012 11:10 (UTC+04:00)
"Azərbaycan Hava Yolları" QSC (AZAL) bir sıra Avropa şəhərlərinə aviabiletlər üzrə xüsusi tariflər tətbiq edib.

AZAL-dan "APA-ECONOMICS"ə verilən məlumata görə, aviaşirkət Bakı-Praga-Bakı, Bakı-Milan-Bakı, Bakı-Roma-Bakı, Bakı-London-Bakı və Bakı-Paris-Bakı istiqamətlərində uçuşlara xüsusi güzəştli ekonom-sinif tarifi tətbiq edib.

"Bu tarif çərçivəsində oktyabrın 31-dək Praqa, Milan, Roma, London və ya Paris şəhərlərinə tur-paket əldə edildikdə, gediş-dönüş aviabileti 200 avro məbləğində rəsmiləşdirilir. Qiymətə hava limanı yığımları daxil deyil", - deyə AZAL-dan bildirilib.

Qeyd edək ki, aviabiletin həmin qiymətlə əldə edilməsi yalnız iki istiqamətli reyslərin və yalnız ilkin uçuş Bakıdan olduğu halda mümkündür.