Turqut Özalın cəsədi üzərində araşdırma tamamlandı

5 Oktyabr 2012 13:31 (UTC+04:00)

Movqe.az Türkiyə saytlarına istinadən xəbər verir ki, Turqut Özalın qəbri üzərində araşdırma tamamlanıb. Türkiyənin 8-ci perezidenti Özalın qəbri bu gün torpağa tapşırılacaq. Ailəsinin istəyinə görə, əvvəlki kimi mərmər qəbir əvəzinə sadə və üzəri torpaqla örtülü məzar düzəldiləcək.

Ankara Respublika Baş prokurorluğunun Özalın ölümüylə əlaqədar iddialara görə icra etdiyi istintaq nəticəsində məzardan çıxarılan cənazə bu gün ailə yaxınlarının qatılacağı dini mərasimlə dəfn ediləcək.