ATƏT-in keçmiş sədri: “Dağlıq Qarabağ münaqişəsinin həllinə çox yaxın idik”
5 Oktyabr 2012 13:12 (UTC+04:00)
"Bir vaxtlar
Dağlıq Qarabağ münaqişəsinin həllinə çox yaxın idik.
Əfsuslar olsun ki, bu yaxınlaşma prosesi dayanıb. Təəssüf ki,
münaqişənin sülh yolu ilə həlli istiqamətində gedən prosesdə bir
durğunluq var". APA-nın
xəbərinə görə, bunu Yunanıstan parlamentinin deputatı, sabiq xarici
işlər naziri və ATƏT-in keçmiş sədri Dora Bakoyannis
deyib.
D. Bakoyannis ATƏT-i, ümumiyyətlə, dünyada sülhün bərqərar olmasını
öz üzərinə götürən beynəlxalq təşkilatları Dağlıq Qarabağ
münaqişəsinin həllinə diqqətlə yanaşmağa çağırıb: "ATƏT-in Minsk
qrupu bu məsələdə öz səylərini artırsa, daha yaxşı olar".
Sabiq nazir Azərbaycan və Yunanıstan arasında əlaqələrin hazırkı
vəziyyətini müsbət qiymətləndirib və bu münasibətlərin inkişaf
potensialının daha geniş olduğunu qeyd edib.