Türkiyə atom stansiyası tikir

15 Aprel 2012 00:50 (UTC+04:00)

Türkiyə nümayəndə heyəti Atom Elektrik Stansiyası (AES) iləbağlı danışıqlar aparmaq üçün gələn həftə Çinə gedəcək. Bunu enerji təbii ehtiyatlar naziri Taner Yıldız bildirib. Baş nazir Rəcəb Tayyib Ərdoğanın Çin səfəri çərçivəsində paytaxt Pekində iki ölkə arasında atom enerjisi sahəsində əməkdaşlığa dair imzalanan müqavilə barədə bağlı məlumat verən T.Yıldız deyib: "Bu sənəd əsasında aparılan müzakirələr müsbət nəticələnsə, yeni müqavilə imzalana bilər. Müzakirələr başa çatanadək hər hansı ölkə ilə razılıqdan danışmaq olmaz. Çin səfəri gözlədiyimdən daha məhsuldar keçib. Bir ölkə ilə apardığımız yeni AES-in yaradılması işlərini Yaponiya, Cənubi Koreya Çin ilə həyata keçirəcəyik. Hansı ölkəmizin tələblərinə cavab versə, onu seçəcəyik".