Metyu Brayza Rihanna ilə bir oteldə Keçmiş səfir jurnalistlərlə salamlaşıb

5 Oktyabr 2012 12:35 (UTC+04:00)
ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza Bakıdadır. Keçmiş səfir oktyabrın 4-də 21.07-də "Baku Crystal Hall"da solo-konsert proqramıyla çıxış etmək üçün Bakıya gələn məşhur müğənni Rihannanın qaldığı oteldən çıxarkən görüntülənib.

 M.Brayza paytaxtda yeni istifadəyə verilən "Fours Seasons Hotel"dən çıxarkən mətbuat nümayəndələri ilə salamlaşıb, lakin onlara heç bir açıqlama verməyib.