Məşhur müğənninin qeyri-adi tələbləri
5 Oktyabr 2012 16:03 (UTC+04:00)
Bir neçə vaxt öncə Bakıda möhtəşəm konsert
proqramı ilə çıxış edən dünya şöhrətli Cennifer Lopez artıq rusiya
tamaşaçılarını sevindirməyə hazırlaşır.Müğənni noyabr ayında
Sankt-Peterburq və Moskva şəhərlərində konsert proqramı ilə
çıxış etməyi planlaşdırır.
Lopezi iki uşağı- Maks və Emmo ilə yanaşı gənc
sevgilisi Kasper Smart da müşayiət edir. Müğənni ilə birgə 90 nəfər
işçi heyyəti də konsertdə hazırlaşır.
Jurnalistlər dünya ulduzunun qeyri-adi
tələblərindən də yazır. Xəbərdə bildirilir ki, kaprizli müğənni ağ
qrim otağı və fərqli kreslo istəyir. Bununla yanaşı, o uşaqları
üçün hamam xələti və bədən dəsmalı tələb edir. Ancaq xələtin
özəlliyi olmalıdır. Onun üzərində heyvan şəkilləri ilə yanaşı
ulduzun uşaqlarının adı da rəngli saplarla tikilməlidir.