Torpaq sürüşməsi 18 şagirdin həyatına son qoyub

5 Oktyabr 2012 14:41 (UTC+04:00)

Movqe.Az bildirir ki, Çinin cənubundakı Yunnan əyalətində torpaq sürüşməsi nəticəsində dağılan məktəbdə 18 şagird dünyasını dəyişib. Hadisə, Yilianq qəsəbəsində dünən baş verib. Dağıntı altında qalan 19 şagirddən 18-inin cəsədinin tapıldığı bildirilib. Məktəbin yanında yerləşən 2 evin də torpağın altında qaldığı qeyd edildib. 160 min ton torpağın yer dəyişdirdiyi bildirilir. Bölgədə təxminən 800 adam etibarlı yerlərə evakuasiya edilib. Axtarış-qurtarma işlərinə təxminən 2 min adam qatılıb.