Stiv Cobsun ölümündən 1 il ötür
5 Oktyabr 2012 15:12 (UTC+04:00)
Movqe.az xəbər verir ki, informasiya
nəhəngi "Apple"nin qurucularından, texnologiya dünyasında yeni dövr
açan iPod, iPhone və iPad-in böyük müvəffəqiyyətinin arxasındakı ad
Stiv Cobs bir il əvvəl dünyasını dəyişib. "Apple"nin əfsanəvi
icraçı direktoru 56 yaşında,5 oktyabr 2011-ci ildə pankreas
xərçənginə məğlub olmuşdu.Ölümü bütün dünyada kədər yaradan
texnologiya dahilisi yoldaşı Stiv Vozniak ilə 1976-ci ildə evinin
qarajında "Apple" firmasını təsis etmişdi. 2001-ci ildə iPod
məhsulu ilə başlayan Apple, əvvəl rəqəmsal musiqi bazarını, sonra
iPhonevasitəsilə mobil telefon bazarını öz təsiri altına aldı.
Apple "iPad "nən tablet kompüter sahəsində sanki bir inqilab etdi.
Son illərdə birjada hissələri gedərək dəyər qazanan "Apple"nin bu
gün ümumi dəyəri 600 milyard dolları keçib.