Suriyada ölənlərin sayı 103-ə çatıb
5 Oktyabr 2012 16:00 (UTC+04:00)
Movqe.Az bildirir ki, Suriyada Əsəd
birliklərinin rəhbərlik əleyhdarlarının sıx olduğu şəhərlərə ağır
silahlarla təşkil edilən əməliyyatlarda ölü sayının 103-ə çatdığı
bildirilib. İngiltərə mərkəzli Suriya İnsan Haqqları Təşkilatı
(SİHT), təhlükəsizlik qüvvələrinin həyata keçirdiyi əməliyyatlarda
Şamda 36, Hələbdə 32, Humusda 10, Deyruz Zorda 9, Dera kəndində 7,
Lazkiyədə 5 və Hama şəhərində 4 olmaqla ölkə daxilindəki
əməliyyatlarda ölü sayı 103-ə çatıb.
Bu vaxt, Azad Suriya Ordusunun (ASO) Şamın Yərmuk, Cobar, Ayn
Terma, Kankar və Qadisiyə bölgələrindəki hərbi idarə nöqtələrinə
hücumlarda olduğunu, nizami orduya itki verdiyini və çox sayda
hərbi vasitəsini məhv etdiyini yazan Şam Xəbər Şəbəkəsi, şəhərin
bəzi yerlərində ASO ilə nizami qoşunlarının sıx bir şəkildə
toqquşduğunu və ordunun bölgələrə uzaqdan top atəşi açdığını
bildirib.