Bakteriyanı saf qızıla çevirdilər

5 Oktyabr 2012 17:40 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Amerikalı alimlər kimyəvi maddəni saf altına çevirən bakteriya tapıb. Miçiqan Əyalət Universiteti Mikrobiologiya və Molekulyar Genetika bölməsinin Prof. Kazım Kaşefi ilə Elektronik Sənətlər bölməsinin Dos. Dr. Adam Braun, çıxardıqları " laboratoriyada "Cupriavidus metallidurans" adlanan bakteriyalar ilə təbiətdə zəhərli  kimyəvi maye olaraq bilinən və heç bir maddi dəyəri olmayan qızıl xloridi qarışdırıb. Bakteriyanın qızıl xloriddəki zəhərli və tullantı maddələrini yediyi və bir həftə imüddətində kimyəvi maddənin 99,9 faizi nisbətində qızıl külçəsinə çevrildiyi müşahidə edilib. Laboratoriyada istehsal olunan qızılın əsl dəyəri hələ bilinmir. Kaşefi və Braun laboratoriyalarında etdikləri kəşfin, təbiətdə davamlı meydana gələn bir hadisə olduğuna inandıqlarını ifadə edib. Onların "Metal Sevərin Böyük Əsəri" adını verdikləri sənət əsərinə bənzəyən yığcam laboratoriyası, dünyanın ən əhəmiyyətli rəqəmsal mədəniyyət, elektron və interaktiv sənət festivalı qəbul edilən "Prix Ars Electronica"da mansiyon mükafatına layiq görülüb."Mikrobik Simə" olaraq təyin etdikləri müddətin böyük miqdarda qızıl istehsalı edilə bilməyəcək qədər yüksək xərcli olduğuna işarə edən Kaşefi, dəyərsiz maddələri altına çevirmə arzusu arxasından qaçanların heç şansı olmadığını sözlərinə əlavə edib.