Ofisdəki uğurun açarı pişik balasının şəkilləridi
5 Oktyabr 2012 17:55 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Yaponiyada olan
Hiroshima Universitetindən elm adamlarının apardığı araşdırma
heyvanların iş həyatına müsbət təsir etdiyini ortaya çıxarıb. İşə
görə iş yerlərində masalarına bala pişik və it şəkilləri qoyan
kəslər gördüyü işlərə daha çox fokuslana bilir. Elm adamları
masalarında pişik ya da itlərinin fotoşəkillərinə baxaraq işləyən
kəslərin işləyərkən, xüsusilə bala heyvan şəkillərinə baxmasının
motivasiyasının müsbət istiqamətdə təsir etdiyini açıqlayıb.
İngilistərənin "Daily Mail" qəzetinin xəbərinə görə işi icra edən
qrup üç könüllü qrupun üzərində bir test reallaşdırıb. Bir qrupun
masasına ləzzətli yeməklərin fotoşəkilləri, digər masaya yetkin
pişik və itlərin şəkilləri, sonuncu masaya isə onların balalarının
fotoşəkilləri yerləşdirilib.
İş prosesindəki məsuliyyətləri araşdırılan qruplar arasında bala
heyvan şəkillərinin olan masada işləyən işçilərin performanslarının
digərlərinə görə 10% nisbətində artdığı görülüb.
Hiroshima Universitetindən Hiroşi Nittono araşdırmayla əlaqədar
olaraq bunları söyləyib: "Sevimli heyvanların fotoşəkilləri olduğu
məkanların xüsusi abu-havası olur. Xüsusən də masa arxasında
işləmək kimi xüsusi konsentrasiya tələb edən vəziyyətlərdə diqqətli
davranış meyllərini artırır."