Tanınmış müğənni internetdə köynək satacaq

6 Oktyabr 2012 20:43 (UTC+04:00)
Movqe.Az türk mediasına istinadən bildirir ki, Tanınmış müğənni Hülya Avşar, 10 il əvvəl ağ köynək tapa bilmədiyi üçün yaratdığı "By H" markalı sadə köynəklər üçün internet səhifəsi açıb. Artıq köynəklərini www.byh.com.tr ünvanından satacaq olan Avşar, məhsullarına öz hazırladığı tennis paltarlarını də əlavə edib. Avşarın kişi geyimləri ilə bağlı iş görəcəyi də bildirilib.