Ofisdə uğurun səbəbi heyvan şəkilləridir

8 Oktyabr 2012 12:14 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Yaponiyada aparılan araşdırmaya görə, masalarına bala it və ya pişik şəkilləri qoyan adamların işi da səmərəli olur. Yaponiyanın Hiroshima Universitetindən alimlərin araşdırması heyvanların, iş həyatına müsbət təsir etdiyini ortaya çəxarəb.

Onların qənaətinə göörə, işə masasına heyvan şəkilləri qoyulanlar məşğul olduqaları işə diqqətlərini cəmləyə bilirlər. 

Onlar hesab edir ki, bala heyvan şəkillərinə baxmaq motivasiyasını müsbət istiqamətə yönəldir. İngilis Daily Mail qəzetinin xəbərində deyilir ki, test üç şagird qrupu üzərində reallaşıb. Bir qrupun masasına ləzzətli yeməklərin fotoşəkilləri, digərinə pişik və itlərin şəkilləri, başqasına isə onların balalarının fotoşəkilləri yerləşdirilib.

İş performansları araşdırılan qruplar arasında bala heyvan şəkillərinin olduğu masada işləyən şagirdlərin performanslarının digərlərinə görə 10 faiz çox olduğu görülüb.

Hiroshima Universitetindən Hiroshi Nittono araşdırmayla əlaqədar olaraq bunları söyləyib: "Sevimli heyvanların fotoşəkilləri məkana şirin bir hava gətirir. Həmçinin, diqqətli davranış meyllərini artırır".