İran gəmisi Azərbaycanın ərazi sularında neft estakadası ilə toqquşub

8 Oktyabr 2012 14:32 (UTC+04:00)
İran bayrağı altında üzən "Parmis" adlı yük gəmisi Azərbaycanın ərazi sularında neft estakadası ilə toqquşub.

Bu barədə APA-ya Azərbaycan Dövlət Dəniz Administrasiyasından (ARDDA) məlumat verilib.

Hadisə oktyabrın 5-i saat 23:40-da baş verib. Bakıdan Rusiyanın Həştərxan limanına hərəkət edən gəmi dənizdə istifadədə olmayan neft estakadası ilə toqquşub. Gəmi Bakı limanına gətirilib və təhqiqat aparılır.