Hiylə işlədib?

8 Oktyabr 2012 15:53 (UTC+04:00)

Movqe.az xəbər verir ki, İngiltərənin ən qədim qumarxanası dünyanın ən yaxşı poker oyunçusu olaraq tanınan Fil İveynin iki gecədə qazandığı 7.3 milyon sterlinqi  verməyi rədd edib. Londondakı 184 illik qumarxana, Qumar Komissiyasına 35 yaşlı ABŞ-lı İveyin qazandığı avqust ayındakı oyunla əlaqədar daxili istintaq açdıqlarını, mükafatı vermədiklərini açıqlayıb. Qumarxanaların İveyin hiylə etdiyini düşündüyü, lakin əllərində dəlil olmadığı deyilib.