Putinin ad günü diləyi: "ABŞ Rusiyanı düşmən olaraq görməsin!"

8 Oktyabr 2012 16:07 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin 7 oktyabr bazar günü 60 yaşına keçib. St. Peterburqda ailəsi ilə birlikdə sadə bir ad günü keçirən Putin daxili və xarici siyasətdə baş verən inkişaflarla əlaqədar Rus dövlət televiziyası "NTV"yə xüsusi müsahibə verib. ABŞ-ın Rusiyanı düşmən olaraq görməməsinə  ümid etdiyini ifadə edən Putin, vəzifədə olduğu son 12 ildə maaşların orta hesabla 10 qat artdığını və heyvanları çox sevdiyini söyləyib. Rusiyalı lider nəqliyyatdan siqnal səsi və mavi lampalarla sürətlə keçdiyi üçün də vətəndaşlardan üzr istəyib.