Metroda yer mübahisəsi

8 Oktyabr 2012 17:41 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Çinin cənubunda yerləşən Quanqdonq əyalətindəki metroda baş verən yer problemi sərnişinlər tərəfindən saniyəsinə kimi lentə alınıb. Çin mediasında verilən xəbərdə, ölkənin istehsal mərkəzi və ən böyük üç şəhərindən biri olan Quanqzhouda iki Çinlinin metro içərisindəki yer "döyüşü" görüntüləri yayımlanıb. 67 yaşlı təqaüdçü Çen və 28 yaşlı müəllim Vu arasında yaranan döyüş mikrobloq saytlarında ən çox paylaşılan xəbərlərdən biri olub. Onların geyimlərində qan ləkələrinin olduğu da nəzərlərdən yayınmayıb.