Ukrayna Azərbaycana 220 tank satıb
8 Oktyabr 2012 18:45 (UTC+04:00)
Ukrayna 1992-ci ildən indiyədək Azərbaycana 220 ədəd əsas döyüş
tankı satıb. APA-nın məlumatına görə, bu barədə Rusiyanın nüfuzlu
hərbi nəşri olan "Voenno Promışlennıy Kuryer" qəzeti yazıb.
Ukrayna hərbi sənayesinin ixrac potensialına həsr olunmuş analizdə
BMT hesabatlarına görə, rəsmi Kiyevin 1992-ci ildən bu yana 1300
tank ixrac etdiyi qeyd olunub. Bu dövrdə Ukraynanın əsas tank
alıcıları Pakistan (320 tank), Azərbaycan (220 tank) və Konqo (150
tank) olub.