Pomidor xolesterolu aşağı salır
8 Oktyabr 2012 19:18 (UTC+04:00)
Movqe.Az bildirir ki, Ürək ağrısına qədər
bir çox xəstəliyin meydana gəlməsinin qarşısını alan pomidor B3, E,
C vitamini, dəmir və kalium baxımından zəngindir. Likopen
baxımından da zəngin olan pomidor yaşlanmaya və xolesterola
qarşıdır. Sərbəst radikalların zərərli təsirini yox edir, dəridəki
qırışların yaranmasına maneə törədir. Selülitin yaranmasının
qarşısını almaq üçün mütləq qəbul edilməsi lazım olan pomidor, ürək
problemlərinə qarşı da ən güclü tərəvəzdir. Bunlardan əlavə, qan
təzyiqini aşağı salır və xolesterola nəzarət edir. Gündəlik pomidor
yeməyə başlayan birinin 1 ay içərisində HDL xolesterol səviyyəsi 15
faiz artarkən, LDL xolesterol (pis xolesterol) səviyyəsinin də
aşağı düşdüyü məlum olub.