Suriya Livana atəş açdı

9 Oktyabr 2012 15:38 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Suriyadan atılan top güllələri Livanın şimalındakı Ubudiyə bölgəsinə düşüb.

Təhlükəsizlik səlahiyyətlilərindən əldə edilən məlumata görə, dünən axşam Ubudiyə bölgəsinə  düşən top güllələri səbəbiylə bəzi binalara ziyan dəyib, bölgə sakinlərinin evlərini tərk etdib. Mövzuyla əlaqədar rəsmi bir şərh verilməsə də, səlahiyyətlilər top güllələrinin Suriya ordusuna tabe birliklərin ordudan ayrılan əsgərlərə yönəldilmiş icra etdiyi əməliyyatdan sonra Ubudiyəyə düşdüyünü iddia edib.Bölgədəki hadisə şahidləri isə Suriya ordusundan ayrılan 5 əsgərin Livana Ubudiyədən daxil olduğunu, bəzilərinin isə  yaralı olduğunu qeyd edib.