Şimali İraqda vəba xəstəliyi yayılıb

9 Oktyabr 2012 16:20 (UTC+04:00)

Movqe.az xəbər verir ki, İraqın şimalındakı bəzi bölgələrdə meydana çıxan vəba epidemiyası xalqın narahatçılığına səbəb olub. Daha çox Kərkük və Süleymaniyyə şəhərlərində yayılan xolera, regional kürd rəhbərliyinin mərkəzi Ərbildə də xalqı təlaşlandırıb. Vəbanın hələ yayılmadığı şəhərdə bir çox adam xəstəxanaya axın edib. Uşaqlarını bu səbəblə sağlamlıq mərkəzlərinə gətirən valideyinlər epidemiyadan qorxduqlarını söyləyib. Bu vəziyyət bölgədəki xəstəxanalarda izdihama səbəb olsa da, səlahiyyətlilər Ərbildə qorxu yaradacaq bir təhlükənin olmadığını bildirib.