"Facebook"da yenilik olacaq

9 Oktyabr 2012 16:16 (UTC+04:00)

Movqe.az xəbər verir ki, "Facebook" aylardır haqqında söhbət gedən istifadəçilərlə firmalar arasında kommersiya qarşılıqlı təsirini artıracaq yeni tətbiqlərinə başlayıb."Facebook" səlahiyyətliləri, yeni tətbiqlərin olacağını təsdiqləyərək  səhifəyə əlavə olunacaq "istə" düyməsinin də sınaqdan keçiriləcəyini bildirib. Yeni düymə ilk mərhələdə yalnız müəyyən firmanın məhsulları üçün istifadə edilə biləcək. Tətbiq daxil ediləcək firmalara "Pottery Barn", "Wayfair, Victoria 's Secret", "Michael Kors", "Neiman Marcus", "Smith Optics" və "Fab.com" daxildir. Bu proqramda istifadəçilər "İstə", "Bəyəndim" və "ödə" düymələrindən istifadə edə biləcək. İstifadəçilərin etdikləri alış-verişlər səhifələrində görünəcək.