Milyonlarla sifariş qəbul edib

9 Oktyabr 2012 16:59 (UTC+04:00)

Movqe.az xəbər verir ki, "Apple"nin iPad mini məhsuluyla əlaqədar xəbərləri davam etsə də komputer tablet bazarında inkişaf var. Texnologiya nəhənginə telefon, tablet hissələri tədarük edən Asya firmaları 10 milyondan çox iPad mini sifarişi aldıqlarını söyləyib."Wall Street Journal"ın xəbərinə görə bu rəqəm Amazonun bazara sürdüyü "Kindle Fire" adlı tabletə olan tələbin 2 qatıdır. "Apple"nin bu miqdarda sifariş verməsi, məhsula olan tələbin çox olacağına inandığını göstərir.