Xatırladaq ki, 1947-ci ildə müstəqillik qazanan Hindistanda bu tarixdən bəri təxminən 100 min kənd xəritədən silinib. Kəndlərin yaxınlığındakı meşələr və ya altındakı mədənlər sənaye müəssisələri tərəfindən talan edilməyə başlayıb. 1.2 milyardlıq əhaliyə sahib Hindistanda əhəmiyyətli bir seqmentin ərazi alacaq maddi vəziyyəti yoxdur.
Bu səbəblə kəndlilər ailələrinin nəsildən qalan torpaqlarında haqqlarını iddia edə bilmirlər. "İşğal etdikləri" səbəbiylə evlərindən çıxarılan kəndlilərə dövlət də kömək etmir. Yürüyüşü təşkil edən məşhur hindli aktivist PV Rajagopal "Məqsədimiz yalnız torpaq əldə etmək deyil. Bu ölkənin doğru yolda irəliləməsinə kömək etmək istəyirik" deyib.