179-cu dəfə keçirilən "Oktoberfest" festivalı başa çatıb
9 Oktyabr 2012 19:45 (UTC+04:00)
Movqe.Az
xəbər verir ki, Almaniyanın
Münhen şəhərində keçirilən dünyanın ən böyük pivə festivalı başa
çatıb. 179-cu dəfə keçirilən "Oktoberfest" festivalında 6 milyondan
çox insan
qatılıb.Terezin çəmənliyində 2
həftə davam edən festivalda 7 milyon litr pivə və 116
baş iri buynuzlu
mal-qaradan qida ehtiyacları üçün sərf
edilib. Pivə bayramı ilə əlaqadar 14 nəhəng
çadırlar quraşdırılıb. Çadırların ümumi
tutumu təxminən 105 min nəfər üçün
nəzərdə tutulub. Oktoberfest festivalında istifadə olunan hər
bir pivə
krujkasının çəkisi 1.35 kiloqramdır və
suvenir mağazalarında bu cür
krujkalar turistlərə 8.5
avroya satılıb.Təşkilatçılar bu il festivala ötən illə
müqaisədə yarım milyon az turistin
gəldiyini bildiriblər. Hər il olduğu kimi bu
ildə festivalda Bavariya milli qeyimində
olan musiqiçilər nəfəsli alətlərdə ifa
ediblər .Ötən ilki statistikaya əsasən
festivaldan sonra 520 portmanet (pul kisəsi) tapılıb.İtən
əşyalar sırasında 390 mobil telefon
,80 ədəd zinət əşyası və saat da olub.Gələn
il festival sentyabrın 21-dən oktyabrın 6 qədər
keçiriləcək. Xatırladaq ki, "Oktoberfest"
festivalı ilk dəfə 12 oktyabr 1810-cu ildə
Şahzadə birinci Ludvig və xanımı Tereza fon
Zaksen Hildburghauzenin evliliyi şərəfinə
keçirilib. Bu ilki festivalın bağlanışı
münasibəti ilə bavariya milli geyimlərində
olan kişilər odlu
silahlardan havaya
atəş açmaqla
festivalı bağlı elan ediblər.