Mingəçevirdə zəlzələ olub

10 Oktyabr 2012 11:31 (UTC+04:00)
Azərbaycanda növbəti zəlzələ olub.

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən məlumata görə, zəlzələ oktyabrın 10-u saat 05:35-də Mingəçevirdən 4 km şimalda qeydə alınıb. 

Zəlzələ Mingəçevirdə 3.0 bal gücündə hiss olunub. 

İnsan itkisi və dağıntılar yoxdur.