Şakira Azərbaycana gəlib

10 Oktyabr 2012 13:35 (UTC+04:00)
Dünya şöhrətli müğənni Şakira Bakıdadır.

APA-nın məlumatına görə, Şakira bu gecə saat 4 radələrində Bakıya gəlib. Müğənni bu gün və sabah Bakıda konsert məşqlərini edəcək. 

Şakira oktyabrın 13-də isə Azərbaycanda keçirilən "FİFA U-17 Qadınlararası Dünya Çempionatı Azərbaycan 2012"-nin bağlanış mərasimində çıxış edəcək, oktyabrın 14-də isə "Baku Cyristal Hall"da solo konsert verəcək. 

Qeyd edək ki, müğənninin Bakı səfərini "Omnikomo Music Group" şirkəti təşkil edib.