“Bakı dünən, bu gün və sabah” - sərgi-müsabiqəsini elan edilib

10 Oktyabr 2012 16:21 (UTC+04:00)
Heydər Əliyevin anadan olmasının 90, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 95 illik yubileyinə həsr olunan "Bakı dünən, bu gün və sabah" adlı rəssamların respublika sərgi-müsabiqəsini elan edilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sərgi oktyabrın 9-dan 2013-cü ilin aprelin 15-dək davam edəcək. Müsabiqə Mədəniyyət və Turizm Nazirliyi, Rəssamlar İttifaqı, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi, Azərbaycan Dövlət Rəsm Qalereyası və "Xətai" Sənət Mərkəzi ilə birlikdə təşkil edilib. 

Müsabiqəyə təqdim edilən əsərləri tanınmış rəssamlar və ixtisaslı mütəxəssislərdən ibarət 9 nəfərdən ibarət münsiflər heyəti yoxlayacaq. Müsabiqənin qalibləri müxtəlif nominasiyalar üzrə pul mükafatları ilə təltif ediləcəklər.

Sərgi-müsabiqədə iştirak etmək istəyən rəssamlar öz əsərlərini 2013-cü il mart ayının 15-dən 2013-cü il aprel ayının 15-dək Dövlət Rəsm Qalereyasına təqdim edə bilərlər. 

Müsabiqənin məqsədi Bakı şəhərinin tarixi keçmişini, bu günü və gələcək inkişaf perspektivlərini əks etdirən, yüksək sənət tələblərinə uyğun yeni incəsənət əsərlərinin yaradılmasından ibarətdir. Eyni zamanda müəyyən olunan 12 mövzu üzrə rəngkarlıq, qrafika və heykəltəraşlıq müsabiqəsi və sərginin təşkilini özündə əks etdirir.