15 yaşlı qız Bakını şoka saldı!
10 Oktyabr 2012 18:23 (UTC+04:00)
Hüquq-mühafizə orqanlarından verilən məlumata
görə, Qaradağ rayonunun Qobustan qəsəbəsində yaşayan 15 yaşlı S.B.
sentyabrın 20-də evdən çıxıb və geri qayıtmayıb. O, oktyabrın 9-da
Dənizkənarı Milli Park ərazisində tapılıb və ailəsinə
qaytarılıb.
Araşdırmalar nəticəsində məlum olub ki, 15
yaşlı S.B. sentyabr ayında tanışlıq saytlarının birində iki oğlanla
tanış olub. Oğlanlarla danışdıqdan sonra yeniyetmə qız evdən qaçıb
və onlarla görüşüb. Gənc oğlanlar 15 yaşlı qızı saxlamaq üçün ev
kirayələyiblər. Qız onu da bildirib ki, geridə qalan 20 gün ərzində
oğlanlar onunla cinsi münasibətdə də olublar, vaxtaşırı şəhərə
gəzintiyə çıxıblar. Belə gəzintilərdən birində isə ailəsi
tərəfindən axtarışa verilmiş 15 yaşlı S.B. polis əməkdaşlarının
diqqətini cəlb edib.
Məsələ ilə bağlı məlumat daxil olan kimi,
qızla cinsi münasibətdə olmuş oğlanların şəxsiyyəti
müəyyənləşdirilib və onlar saxlanılıb.
Hazırda fakt üzrə ekspertizalar təyin
olunub, digər zəruri araşdırmalar aparılır.