Keyt Aptonun hədəfi Bond qızı olmaqdır
10 Oktyabr 2012 16:05 (UTC+04:00)
Movqe.Az bildirir ki, Maniken Keyt
Apton, yeni Bond filmində Daniel Kreiqlə birlikdə rol almaq
istədiyini açıqlayıb. "New York Post"a verdiyi müsahibəsində,
"Əgər film üçün təklif gələrsə, Bond qızı olmaq üçün çox yaxşı
hazırlaşmalıyam." sözlərini deyib. Apton, əvvəllər Ben Stiller və
Eddi Mörfyanın rol aldığı, 2011-ci ildə çəkilən "Tower Heist" adlı
komediya filmində rol alıb.